Trendyol Süper Liqası təmsilçisi "Beşiktaş" bu dəfə gözünü İngiltərə Premyer Liqasına dikdi.
Offsideplus.az xəbər verir ki, "Qara Qartallar" "Nyukasl Yunayted" klubunda çıxış edən 26 yaşlı ingilis yarımmüdafiəçi Co Uilloku heyətinə qatmaq üçün rəsmi danışıqlara başlayıb.
Transferin detalları isə bu cürdür:
-
Mərkəz gücləndirilir: İstanbul klubu orta sahəyə dinamika, sürət və hücum potensialı qazandırmaq üçün "Arsenal" yetirməsi olan Uilloku əsas hədəflərindən biri kimi müəyyənləşdirib.
-
Danışıqların gedişatı: Tərəflər transferin formulu (daimi transfer və ya satınalma opsiyalı icarə) və maliyyə şərtləri üzərində müzakirələri sürdürür.
Uillokun transferi ilə bağlı yaxın günlərdə daha dəqiq inkşafın olması gözlənilir.



