İspaniya La Liqasının prezidenti Xavyer Tebas 2026-cı il FİFA Dünya Çempionatı zamanı tətbiq olunan su fasilələri ilə bağlı FİFA-ya qarşı növbəti sərt ittihamlar irəli sürüb.
Offsideplus.az xəbər verir ki, Tebas bu fasilələrin hava şəraiti ilə heç bir əlaqəsinin olmadığını, sadəcə televiziya reklamları üçün yaradılmış bir bəhanə olduğunu iddia edib:
"Dünya Çempionatı zamanı verilən su fasilələri bir yalan idi. Biz La Liqada da bu fasilələri tətbiq edirik, lakin yalnız hava həqiqətən həddindən artıq isti olduqda. Burada — Dallas, Los-Anceles və Atlantadakı stadionlarda kondisionerlər işləyirdi. Mən tribunada oturarkən soyuqdan üstümə pencək geyinməli olurdum. Bu sadəcə bir yalan, adi bir reklam fasiləsi idi. Futbol hər şeyi yalnız öz maraqlarına xidmət etmək üçün, istədiyi vaxt və istədiyi kimi edən, futbolun geri qalanını heç cür nəzərə almayan bir təşkilat (FİFA) tərəfindən idarə olunur."


