NBA ulduzu Lebron Ceymsin karyerasını hansı komandada davam etdirəcəyi hələ ki, məlum deyil.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı basketbolçunun gələcək klubu ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, o, yekun seçim etməyib. ABŞ mətbuatında LeBronun xidmətində maraqlı olan komandalar arasında "Golden State Warriors" eləcə də onun sabiq klubları "Miami Heat" və "Cleveland Cavaliers" göstərilir.
Qeyd edək ki, Lebron Ceyms 2018-ci ildən 2026-cı ilə qədər “Los Angeles Lakers”ın formasını geyinib. O, bu müddətdə komanda ilə NBA çempionluğu qazanıb və bir sıra rekordlara imza atıb.


