Argentina millisinin hücumçusu Lionel Messi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) versiyasına əsasən 2026-cı il Dünya Çempionatının ən yaxşı futbolçusu elan edilib.
Offsideplus.az xəbər verir ki, bu mükafat oyunçuların matç qiymətləndirmələri, vurduqları qollar, məhsuldar ötürmələr və pley-off mərhələsinin gedişatına təsiri daxil olmaqla, İFFHS-in səmərəlilik indeksi əsasında təqdim olunur.
Turnirin 8 qarşılaşmasında meydana çıxan 39 yaşlı futbolçu 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bu, Argentinanı finala qədər daşıyan hücumçu üçün DÇ-2026-da ikinci en yaxşı göstərici olub.
Qeyd edək ki, FIFA-nın versiyasına görə DÇ-2026-nın ən yaxşı oyunçusuna verilən "Qızıl top" mükafatına İspaniya millisinin yarımmüdafiəçisi Rodri layiq görülmüşdü. Messiyə "Gümüş top", Fransa millisinin hücumçusu Kilian Mbappeyə isə "Bürünc top" təqdim olunmuşdu.


