Azərbaycan klubları cari mövsümdə avrokuboklarda inamlı çıxışlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, ötən gün "Sabah"ın qələbəsi ilə birlikdə təmsilçilərimiz ardıcıl 7-ci oyunda qalibiyyət əldə etdi.
Cari mövsümdə klublarımız itkisiz irəliləyir.
Azərbaycan reytinq xalını 20.312-yə yüksəldərək 26-cı sıradakı yerini möhkəmlədib. 25-ci pillədə qərarlaşan İsrailin isə 20.750 xalı var.
Onu da əlavə edək ki, Azərbaycan 2024/25 mövsümündə cəmi 2.875 reytinq xalı toplamışdı. Cari mövsümdə isə artıq indidən aktivimizdə 1.750 xal var və bütün klublarımız mübarizəyə davam edi


