Maqomed Ankalayev Aleks Pereyra ilə revanş döyüşünə səhhətindəki problemlərlə çıxdığını etiraf edib və növbəti rəqibi Boqdan Quskov haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, UFC-nin sabiq çempionu Pereyra ilə qarşılaşmadan öncə döyüşü təxirə salmaq məsləhəti aldığını, lakin buna əməl etmədiyini bildirib:

"Səhhətimdə problemlər var idi. Mübarizəni təxirə salmağı xahiş etsələr də, heç kimə qulaq asmadım və səhvimin bədəlini ödədim".

İyulun 25-də Əbu-Dabidə keçiriləcək UFC turnirində oktaqona çıxacaq Ankalayev zədələnən Xalil Rauntrini əvəzləyən yeni rəqibi Boqdan Quskovun şanslarını da dəyərləndirib:

"Rauntrinin döyüşdən çəkilməsi məni məyus etdi, çünki xüsusi olaraq ona hazırlaşırdım. Quskov reytinqdə 12 və ya 13-cü pillədədir. 1-ci nömrə ilə döyüşmək onun üçün böyük şansdır, lakin işi çox çətin olacaq. O, hələ top-döyüşçülərlə qarşılaşmayıb və belə ağır sınaqlardan keçməyib".