"LANDAU Lions" litvalı 36 yaşlı Gediminas Oreliklə yeni müqavilə imzalayıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, basketbolçu daha 1 mövsüm "Şirlər"in şərəfini qoruyacaq.

Buna qədər komanda Ceyms Freyzerlə 2 illik yeni müqavilə imzalamışdı.

Qeyd edək ki, "LANDAU Lions" Trevion Lamar, Ceylon Şou, Arinze Çidom və kapitan Aubrey Makalpaynla başa çatan müqavilələri yeniləməyib.