Mərdəkanda yerləşən "Liv Bona Dea Arena" stadionunda ot örtüyünün yenilənməsi işləri plana uyğun şəkildə həyata keçirilir.
Offsideplus.az xəbər verir ki, arena hibrid tikişli (Hybrid stitched) texnologiya əsasında hazırlanan yeni ot örtüyü ilə təchiz olunur.
Bu müasir sistem təxminən 95 faiz təbii ot və 5 faiz sintetik lifin sintezindən ibarətdir.
Yüksək intensivlikli idman növlərində örtüyün zədələnməsinin qarşısını alan bu texnologiya stadionun keyfiyyətini və dayanıqlılığını artırmaq, həmçinin beynəlxalq standartlara tam uyğunlaşdırmaq məqsədi daşıyır.


