Almaniya futbolunda ciddi maliyyə böhranı yaşayan "Şalke" növbəti mövsümə böyük itki ilə başlamaq riski ilə üz-üzə qalıb.

Offsideplus.az xəbər verir ki, Gelzenkirxen təmsilçisi Almaniya Futbol Liqasının (DFL) maliyyə feyr-pley və lisenziyalaşdırma tələblərini yerinə yetirə bilmədiyi üçün 2026/27 mövsümünə 3 xal silinmə cəzası ilə başlaya bilər.

Klubun hazırda təxminən 100 milyon avro məbləğində xalis borcu mövcuddur.

Almaniya Futbol Liqasının rəhbərliyi maliyyə intizamını bərpa edə bilməyəcəyi təqdirdə, köklü kluba qarşı sanksiyaları rəsmiləşdirəcək.

Qeyd edək ki, "Şalke" 3 il aranın ardından bu mövsüm yenidən Bundesliqaya qayıdıb.