Qadın futbolçulardan ibarət "Neftçi" komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayır.

Offsideplus.az xəbər verir ki, flaqman ardıcıl üçüncü dəfə qadınlar arasında qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edəcək.

"Ağ-qaralar" I təsnifat mərhələsində Monteneqronun "Buduçnost" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma iyulun 22-də, Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.