"Neftçi"nin kapitanı Emin Mahmudov Gürcüstanın "Dinamo" (Minsk) komandasına qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi komandanın hazırlığı, rəqiblər və azarkeş dəstəyi haqqında fikirlərini bölüşüb.
"Turan Tovuz"un avrokuboklardan kənarda qalması barədə:
" 'Turan Tovuz'un avrokuboklardan uzaqlaşmasını gözləmirdik. Amma biz hazırlaşmaq üçün daha çox vaxt qazandıq. İnanırıq ki, bu mərhələdə uğurlu nəticə göstərə biləcəyik".
Növbəti mərhələdə potensial rəqibin "Braqa" olması haqqında:
"Bizim böyük motivasiyamız var. Hazırda başqa komandaları düşünmürük, diqqətimizi yalnız qarşıdakı matça yönəltmişik. Önümüzdə 'Dinamo' var və onlar yaxşı, gənc komandadırlar".
Əvvəlki mövsümlərlə indiki şansların müqayisəsi üzrə:
"Əvvəlki mövsümlərdə də qarşımızda yaxşı şanslar olub. Biz oyundan-oyuna hazırlaşırıq. Bəzən bəxtsizliklə üzləşirdik, amma inanırıq ki, bu dəfə belə problemlərlə qarşılaşmayacağıq".
Azarkeşlərin dəstəyi barədə:
"Azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyi bize böyük motivasiya verir. İnşallah, sərgilədiyimiz oyunla onları sevindirərik".


