Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" "KuPS"u qəbul edəcək.
Masazır və ətraf ərazilərdə görüşə maraq böyükdür. Bəs nə qədər bilet satılıb?
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Offsideplus.az-ın sorğusunu cavablandırıb. O, artıq 5 min bilet satıldığını bildirib.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.


