Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın iki təmsilçisi - "Neftçi" və "Zirə" də növbəti raunddakı ehtimal olunan rəqiblərini tanıyıblar.
Hər iki klubumuz püşkatma mərasimində səpələnməmişlər səbətində yer alıb.
Qeyd edək ki, "ağ-qaralar" 2-ci təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) səddini aşsa, "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.
"Qartallar" isə Estoniyanın "Payde" kollektivindən üstün olsa, "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.


