"Zirə" daha bir transferi rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, qəsəbə təmsilçisi Fil Dişi Sahilindən olan hücumçu Lue Bayere Junioru heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı forvard ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, təcrübəli hücumçu karyerası ərzində İsveçin "Hammarbü", "Frey", Serbiyanın "Jelezniçar", "Yavor" və Türkiyənin "Göztəpə" klublarında çıxış edib.


