"Barselona" İspaniya millisi ilə dünya çempionatının qalibi olan 32 yaşlı mərkəz müdafiəçisi Aymerik Laportu heyətinə qatmaq üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi təcrübəli futbolçunun transfer şərtlərini öyrənmək üçün onun nümayəndələri ilə danışıqlara başlayır.

İspaniyalı müdafiəçinin müqaviləsindəki xitam məbləğinin 15 milyon avrodan az olması bu transferi "Barselona" üçün iqtisadi baxımdan çox cazibədar edir.

Klubun idman direktoru Deko turnir boyunca Laportun çıxışını canlı izləyib və onun təcrübəsini, liderliyini yüksək qiymətləndirib.