"Kəpəz"in baş məşqçisi Azər Məmmədov növbəti yoxlama matçından sonra oyunla bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis komandanın fiziki və texniki cəhətdən irəliləyiş əldə etdiyini vurğulamaqla yanaşı, transfer işlərinin də davam etdiyini bildirib:

"Bu yoxlama oyunumuz hazırlıq dövrünün 2-ci hissəsinə təsadüf edib. Bu matçın hazırlığına 4 gün idi ki, başlamışdıq və gündə iki dəfə məşq keçirdik. Futbolçular məşqlərdə də, oyunda da özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Təbii ki, çatışmayan məqamlar var. Bir neçə mövqedə futbolçularla danışıqlar gedir. Seleksiya işlərini yekunlaşdırmaq üzrəyik. Sevindirici hal ondan ibarətdir ki, ilk görüşlə müqayisədə fiziki hazırlıq və texniki baxımdan irəliləyiş hiss olunur. Amma daha çox çalışmalıyıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq".