Duşan Vlahoviçin "Barselona"ya transfer olma ehtimalının tamamilə üstündən xətt çəkilib.
Offsideplus.az xəbər verir ki, serbiyalı hücumçunun Kataloniya təmsilçisinə keçidi gündəmdən düşüb.
Buna səbəb "Barselona" klubunun transfer siyahısında birinci sıraya Xulian Alvaresi gətirməsi və bütün diqqətini argentinalı hücumçunun keçidinə yönəltməsidir.
Yaranmış vəziyyətdən sonra gələcək karyerası ilə bağlı qərar vermək məcburiyyətində qalan Vlahoviç "Beşiktaş"la yenidən danışıqlara başlayıb. Təcrübəli forvard eyni zamanda "Juventus"la da mövcud müqavilə şərtlərini yenidən müzakirə edir.


