Bu gün Konfrans Liqasında ölkəmizi təmsil edəcək “Neftçi” Belarusun “Dinamo” (Minsk) komandasını qəbul edəcək.

"Ağ-qaralar"ın cari mövsümdəki ilk ev oyununa nə qədər bilet satılıb?

Klubun mətbuat katibi Asəf Zeynallı Offsideplus.az-ın sorğusunu cavablayıb. O bildirib ki, artıq 5 min bilet sahibini tapıb. 

Qeyd edək ki, görüş bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.