Braziliya millisinin sabiq hücumçusu Ronaldo İspaniya yığmasının DÇ-2026-dakı çempionluğunu dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, əfsanəvi futbolçu İspaniyanın finalda Argentina üzərindəki üstünlüyünü mütləq adlandırıb:

"Tarixi gün idi. İspaniya matçın əvvəlindən-sonuna qədər dominantlıq edirdi. Komandalar arasında səviyyə fərqi çox böyük idi. Hətta Messi ilə belə İspaniyaya çat bilmədilər. Fərdi istedad bir oyunu qazandıra bilər, amma DÇ-də çempion olmaq üçün İspaniyadakı kimi komanda ruhu lazımdır. Braziliyanın "Joga Bonito"su artıq geridə qaldı, hazırda dünyada ən yaxşı futbol üslubu İspaniyanındır".