Raul Asensio bu yay "Real Madrid"i tərk edə bilər.

Offfsideplus.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, müdafiəçinin komandadan gedişi Madrid klubunun yeni baş məşqçisi Joze Mourinyo tərəfindən hələ iyun ayında planlaşdırılıb.

"Kral klubu" Asensionun gələcəyi ilə bağlı gələn təkliflərdən və futbolçunun öz qərarından asılı olaraq həm satış, həm də icarə variantlarını nəzərdən keçirir.

Gənc futbolçu ötən mövsüm La Liqada keçirdiyi 23 matçda 2 qol vurub və 4 sarı vərəqə ilə cəzalandırılıb.