"Tottenhem"in baş məşqçisi Roberto De Dzerbi klubun transfer fəaliyyətini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis klubun yeni layihəyə başladığını və görülən işlərdən razı qaldığını bildirib:
"Çox yaxşı işləyirik və güclü komanda qururuq. Müəyyən keyfiyyətlərə və xarakterə sahib, ruhu olan bir heyət formalaşdırmaq istəyirik. Klubun layihəsi tam olaraq ürəyimcədir. Amma transfer pəncərəsi hələ bağlanmayıb — həm gələn, həm də gedən futbolçularla bağlı işlərimizi yekunlaşdırmalıyıq. Hazırda komandanın gedişatından çox məmnunam və gələcəyə böyük ümidlə baxıram".
Qeyd edək ki, London təmsilçisi yay fasiləsində Martin Dubravka, Endryu Robertson, Markos Senesi, Yan Paul van Hekke, Mateuş Fernandes və Sandro Tonali kimi futbolçuları heyətinə qatıb.


