"Neftçi" komandası vingeri Freddi Varqası tamhüquqlu transfer edib.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Venesuela millisinin futbolçusu ilə "2+1" illik müqavilə imzalayıb.

Qeyd edək ki, 27 yaşlı ön xətt oyunçusu 2025-ci ilin yayında İsrailin "Makkabi" (Netanya) klubundan satınalma hüququ ilə 1 illik icarəyə götürülmüşdü.

Varqas bu müddət ərzində "Neftçi"nin heyətində keçirdiyi 34 rəsmi matçda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.