İspaniya millisinin yarımmüdafiəçiləri Qavi və Fabian Ruis doğma şəhərlərində qeyri-adi sürprizlə qarşılaşıblar.

Offsideplus.az xəbər verir ki, Los-Palasyos-i-Viljafranka şəhər rəhbərliyi DÇ-2026-dakı çempionluğa görə hər iki futbolçuya öz çəkilərinə uyğun miqdarda — onlarla kiloqram yerli pomidor hədiyyə edib.

Bundan əlavə, şəhər rəhbərliyi Qavi və Fabian Ruisin şərəfinə, şəhərin digər futbol əfsanəsi Xesus Navasla birgə xatirə abidəsi ucaltmağı planlaşdırır.