Məşhur idman nəşri "SPORTbible" 21-ci əsrin ən yaxşı 25 ispan futbolçusundan ibarət reytinq siyahısını dərc edib.

Offsideplus.az xəbər verir ki, ​Siyahının zirvəsində "Barselona" və İspaniya yığmasının əfsanəvi yarımmüdafiəçisi Andres İnyesta yer alıb. İkinci və üçüncü pillələri isə müvafiq olaraq Xavi və İker Kasilyas bölüşüblər. Siyahının ən diqqətçəkən məqamı isə gənc ulduz Lamine Yamalın 16-cı pillədə qərarlaşması olub.

​Ən yaxşı 25 ispan futbolçusunun tam siyahısı:

  1. Andres İnyesta
  2. ​Xavi
  3. ​İker Kasilyas
  4. ​Serxio Ramos
  5. ​Karles Puyol
  6. ​Raul
  7. ​Xabi Alonso
  8. ​David Vilya
  9. ​Serxio Buskets
  10. ​David Silva
  11. ​Sesk Fabreqas
  12. ​Fernando Torres
  13. ​Fernando İyerro
  14. ​Jerar Pike
  15. ​Rodri
  16. ​Lamine Yamal
  17. ​Dani Karvaxal
  18. ​Xordi Alba
  19. ​Pedro
  20. ​Emerik Laport
  21. ​Pedri
  22. ​Xesus Navas
  23. ​Joan Kapdevila
  24. ​Tyaqo Alkantara
  25. ​Mikel Oyarzabal