İspaniyanın "Real Madrid" klubu növbəti transferə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, madridlilər "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini heyətinə qatmaq üçün danışıqlara başlayıb.
- Razılaşma ehtimalı yüksəkdir: "Real Madrid" rəhbərliyi 30 yaşlı ispaniyalı futbolçunun transferi ilə bağlı razılığın əldə olunacağına və keçidin uğurla tamamlanacağına inanır.
- "Mançester Siti"nin mövqeyi: İngiltərə təmsilçisi isə əsas heyət oyunçusunu komandada saxlamaq niyyətindədir və təcrübəli yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq üçün təzyiqlərini davam etdirir.
Qeyd edək ki, Rodri "Mançester Siti" ilə müqaviləsinin son ilinə daxil olmaq üzrədir və onun gələcəyi yaxın günlərdə tam dəqiqləşəcək.


