Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu İngiltərənin "Vest Hem Yunayted" komandasından niderlandlı hücumameylli yarımmüdafiəçi Kirisensio Sammervilli transfer edib.
Offsideplus.az xəbər verir ki, transferin və müqavilənin əsas detalları aşağıdakı kimidir:
- Müqavilə müddəti: 24 yaşlı niderlandlı vinger Səudiyyə klubu ilə 4 illik müqaviləyə imza atıb.
- Maaş: Kirisensio Sammervillin "Əl-Hilal" klubundakı illik gəliri bonuslarla birgə 17 milyon avroyadək (həftəlik təxminən 326 min avro) olacaq.
- Transfer məbləği: "Əl-Hilal" bu keçid üçün "Vest Hem Yunayted" klubuna ilkin olaraq 55 milyon funt-sterlinq ödəyəcək. Əlavə bonuslarla birgə məbləğin 60 milyon funt-sterlinqə çatacağı bildirilir.
"Roma" kimi Avropa klublarının da maraq dairəsində olan Sammervill, cari mövsümdən etibarən karyerasını Səudiyyə Ərəbistanı Pro Liqasında davam etdirəcək.


