Seneqalın 2025-ci il Afrika Millətlər Kubokunun titulundan məhrum edilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətinə oktyabrın 8-də İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq.

Offsideplus.az xəbər verir ki, məsələ ilə bağlı detallar bu cürdür:

  • ​Meydanı tərk etmə: Final matçında Seneqal millisi Mərakeşin lehinə təyin olunan penalti qərarına etiraz olaraq meydanı tərk etmişdi. Bəzi futbolçular sonradan oyuna qayıtsalar da, insident böyük rezonans doğurmuşdu.  
  • ​CAF-ın qərarı: Mart ayında Afrika Futbol Konfederasiyası (CAF) Seneqala texniki məğlubiyyət verilərək Mərakeşə 3:0 hesablı qələbənin və çempionluq titulunun həvalə olunması barədə qərar çıxarmışdı.  

​Şikayət dinləməsi İsveçrənin Lozanna şəhərində yerləşən CAS mərkəzində qapalı qapılar arxasında keçiriləcək.