Azərbaycanın 3x3 basketbol üzrə oğlan və qızlardan ibarət milli komandaları Belarusun paytaxtı Minskə yola düşüblər.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığmalarımız Belarusun 3x3 basketbol üzrə "Palova" Milli Liqasının II mərhələsində mübarizə aparacaqlar.

Bu gün start götürən turnir iyulun 26-dək davam edəcək.