Qadın futbolçulardan ibarət “Neftçi” komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin final matçını keçirəcək.

Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 1-ci qrupun həlledici qarşılaşmasında Yunanıstanın PAOK klubu ilə üz-üzə gələcək.

Yarımfinalda Monteneqronun “Buduçnost” komandasını mübarizədən kənarlaşdıran “ağ-qaralar"ın Yunanıstan təmsilçisi ilə dueli Veria şəhərində təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Cütlüyün qalibi adını II təsnifat mərhələsinə yazdıracaq.