“Real Madrid” 19 yaşlı futbolçu Yan Diomande ilə razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, İspaniya klubunun nümayəndələri Almaniyada “Leyptsiq” rəhbərliyi ilə danışıqlar aparıblar.
Keçidin 115-120 milyon avro civarında baş tutacağı gözlənilir. Diomande “Kral klubu”nun bu yay ən böyük transferi ola bilər.
Bu keçid “Real Madrid”in Maykl Olise variantından tamamilə imtina etməsi deməkdir. Həmçinin, eyni agentliklə çalışan Vinisius Juniorun da gələcəyinə təsir göstərə bilər.


