"Mançester Siti" müdafiəçisi Abdukodir Xusanovla müqavilə müddətini yeniləyib.
Offsideplus.az xəbər verir ki, bu barədə Mançester təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçunun yeni sözləşməsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Oyunçunun əvvəlki müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, mərkəz müdafiəçisi 2025-ci ilin yanvarında 40 milyon avro qarşılığında Fransanın "Lans" klubundan "Mançester Siti"yə transfer olunub.
O, ötən mövsüm "şəhərlilər"in heyətində bütün turnirlər daxil olmaqla 37 rəsmi matçda forma geyinib.


