"Bavariya Münhen"in qapıçısı Manuel Noyer Çempionlar Liqasında ən çox mövsüm keçirən alman futbolçu olub.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı qolkiper turnirin ümumi mərhələsinin birinci turunda "Bude-Qlimt"ə qarşı oyunda əsas heyətdə meydana çıxıb. 2026/27 mövsümü Noyer üçün Çempionlar Liqasında 18-ci mövsüm olub. O, bu göstərici ilə alman futbolçular arasında yeni rekorda imza atıb və indiyədək 17 mövsümlə lider olan Tomas Mülleri geridə qoyub.


