UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda "Roma" ilə öz meydanında 1–1 hesablı heç-heçə edən "Fənərbağça"da böyük istefa gerçəkləşib.
Offsideplus.az xəbər verir ki, Sarı-lacivertlilərin baş məşqçisi İsmail Kartal matçdan dərhal sonra keçirilən mətbuat konfransında qəti qərarını açıqlayıb.
Təcrübəli mütəxəssis matçdan sonra duyğusal və sərt açıqlama verərək klubdakı fəaliyyətini dayandırdığını bildirib: "Bu axşam oyuncularıma təşəkkür edirəm və vəzifəmdən istefa edirəm. Yol yaxınkən vəzifəmdən istefa edirəm. Bir daha əsla geri dönməmək üzrə istefa edirəm."
Klub rəhbərliyinin bu gözlənilməz istefadan sonra yeni baş məşqçi axtarışlarına tezliklə başlaması gözlənilir.


