ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino Harri Keynin bu il "Qızıl top" mükafatını qazanmaq şansları barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Poçettino Keynin karyerası ərzində göstərdiyi çıxışa görə bu mükafata layiq olduğunu bildirib. "Ümid edirəm ki, bəli. Düşünürəm, o, karyerası və futbola verdiyi töhfələrə görə bu mükafatı haqq edir. Dünya çempionatı və ya Çempionlar Liqasındakı nəticələrin ona mane olub-olmayacağını bilmirəm, çünki hər iki halda yalnız yarımfinala qədər irəliləyə bilib. Ola bilsin, bu, ona mane olacaq, bilmirəm. Amma mənim fikrimcə, artıq Harri Keynin vaxtıdır. Hazırda dünyanın bir nömrəsi kimdir, kim qalib olmalıdır, bu, aydın deyil. Keçmişdə bu, daha aydın idi. Düşünürəm, o, bunu haqq edir. O, karyerası ərzində Luka Modriç, Fabio Kannavaro, Karim Benzema kimi bu mükafata layiq olub. Fikrimcə, bir nəfər seçilməlidirsə, bu, Harri Keyn olmalıdır", – deyə Poçettino qeyd edib.