"Mançester Yunayted" və Portuqaliya millisinin sabiq futbolçusu Nani Kriştiano Ronaldunun DÇ-2026-dakı çıxışı haqqında fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Nani Ronaldunun futbol dünyasında bir nümunə olduğunu və onun gəncləri ilhamlandırdığını bildirib. O, Ronaldunun meydanda etdiyi işlərin hər kəsi heyran etdiyini və onun adının ən böyüklər arasında yer alacağını vurğulayıb.
Nani Ronaldunun demək olar ki, bütün rekordları qırdığını və onun karyerasının sonuna yaxınlaşdığını qeyd edib.
O, 41 yaşlı futbolçunun göstərdiyi nümunədən çox şey öyrənmək lazım olduğunu da bildirib.


