Yeni mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi 33 yaşlı müdafiəçi Urfan Abbasovu rənglərinə bağlayıb.

Təcrübəli oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, U. Abbasovun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm Naxçıvan klubunun heyətində ümumilikdə 26 matçda meydanda olub.