İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaqlar.
Qeyd edək ki, dünya çempionatındakı görüşləri ümumilikdə 68 hakim idarə edəcək.


