UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) – “Qarabağ” cavab oyunu üçün biletlər bu gün saat 17:00-dan etibarən iTicket.az-da satışa çıxarılacaq.

Offsideplus.az xəbər verir ki, Sofiyadakı “Vasil Levski” arenasında ağdamlı azarkeşlər üçün 800 yer ayrılıb. Biletlərin qiyməti 28 AZN-dir.

Qeyd edək ki, Bakıdakı ilk matçda qol vurulmayıb (0:0). İyulun 30-da keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.