Formula 1 həyəcanı Macarıstanda davam edir.
Offsideplus.az xəbər verir ki, "Maklaren" pilotu Lando Norris bütün rəqiblərindən sürətli olaraq poulun sahibi olub.
Bu mövsüm ilk dəfə "Mersedes" pilotlarından başqa biri poul qazanmağı bacarıb.
"Ferrari" pilotları Luis Hemilton və Şarl Lekler müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibi olublar.
Çempionatın lideri Kimi Antonelli isə sabahkı yarışa 4-cü yerdən start götürəcək.
Əsas yarış sabah Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


