"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Real Madrid"la şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.
Mənbənin iddiasına görə, dünya çempionu hazırda Madrid klubunun "Mançester Siti" ilə transfer məsələsini bitirməsini gəlməsini gözləyir.
Rodrinin İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Millisinin kapitanı ötən mövsüm bütün turnirlərdə 33 oyunda 2 qol vurub.


