Polşa millisinin sabiq qapıçısı Lukaş Fabianski peşəkar futbolçu karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı qolkiper qərarını sosial şəbəkə hesabında açıqlayıb. O, mövsümün sonunda müqaviləsinin başa çatdığı "Vest Hem"dən ayrıldıqdan sonra karyerasını bitirməyə qərar verib.
Qeyd edək ki, Fabianski karyerası ərzində "Lex", Varşava "Legiya"sı, "Arsenal", "Suonsi" və "Vest Hem"də çıxış edib. O, klub karyerasında 516 matç keçirib, bunların 144-də qapısını toxunulmaz saxlamağı bacarıb.


