"Bavariya"nın idman direktoru Kristof Froynd komandanın gələcək planları ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, O bildirib ki, Saşa Boey və Joao Palinya yeni mövsüm üçün klubun planlarına daxil deyillər.

Froyndun sözlərinə görə, bu qərar artıq hər iki futbolçuya da rəsmi şəkildə çatdırılıb.

Klubun yaxın zamanda onların gələcəyi ilə bağlı növbəti addımları atacağı gözlənilir.

Beləliklə, Boey və Palinyanın yay transfer pəncərəsində "Bayern"dən ayrılması ehtimalı daha da artıb.