LeBron Ceyms növbəti mövsümdə NCAA tələbə komandalarının 18-20 oyunçusundan daha az maaş alacaq.

Offsideplus.az xəbər verir ki, Ceyms iki illik müqavilə ilə 8 milyon dollar qazanacaq və 2026/27 mövsümündə 3,88 milyon dollar əldə edəcək. NCAA-da ən çox qazanan oyunçu Florida Universitetindən Tomas Hauq olacaq. Onun müqaviləsi təxminən 10 milyon dollar dəyərindədir. 3-4 universitet öz basketbol proqramlarına hər biri 30 milyon dollardan çox vəsait xərcləyir.