UFC çempionu Karlus Ulberq dizindən aldığı zədədən sonra bərpa prosesini davam etdirir və qəfəsə 2027-ci ilin əvvəlində qayıtmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Ulberq bu barədə danışarkən bildirib:
"Ankalaevlə Quskovun döyüşündə görmək istədiyim məqamları izlədim. Həmişə Maqomed Ankalaevi əsas iddiaçılardan biri hesab etmişəm. O, növbəti rəqiblərimdən biri ola bilər. Hazırda mümkün qədər tez və təhlükəsiz şəkildə qayıtmaq üçün çalışıram, UFC-nin həkimləri ilə məsləhətləşirəm. Əgər tələsməsəm və hər şeyi düzgün etsəm, qayıdışımı 2027-ci ilin əvvəlinə nəzərdə tuturuq".
Magomed Ankalaev isə bildirib ki, əgər çempion uzun müddət arenadan kənarda qalsa, bəlkə də Paulo Kosta ilə maraqlı bir döyüş baş tuta bilər:
"Əlbəttə, əgər o, döyüşdən qaçmasa".


