“Qalatasaray” yay transfer dönəmində növbəti keçidini reallaşdırmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın “Bolonya” klubunda çıxış edən kolumbiyalı mərkəz müdafiəçisi Con Lukumi ilə danışıqlarda ciddi irəliləyiş əldə edib. Tərəflər arasında razılaşmanın böyük ölçüdə təmin olunduğu bildirilir. 

Məlumata əsasən, “Qalatasaray” rəhbərliyi transferi qısa müddətdə yekunlaşdırmaq niyyətindədir. 27 yaşlı futbolçu son mövsümlərdə həm “Bolonya”nın, həm də Kolumbiya millisinin əsas oyunçularından biri kimi çıxış edib. 

Qeyd edək ki, “Qalatasaray” yay transfer pəncərəsində ilk olaraq fransalı yarımmüdafiəçi Lesli Uqoçukvunun transferini həll edib. İstanbul klubu Lukumini isə yay kampaniyasının ikinci transferi kimi rəsmiləşdirməyə yaxındır.