"Fənərbağça"nın hücumçusu Vedat Muriçin "yerli" futbolcu statusu alması üçün Türkiyə Futbol Federasiyasının (TFF) əsasnamədə dəyişiklik etməsi tələb olunur.
Offsideplus.az xəbər verir ki, TFF bu dəyişikliyi etməyə isti baxmır. Bunun başlıca səbəbi Türkiyə milli komandasının heyət seçim imkanlarının daralmasının qarşısını almaqdır.
Mövcud qaydalara əsasən, əgər əsasnamə dəyişdirilərək V. Muriç nümunəsində olduğu kimi "A milli komandada oynamaq hüququ olmayan" 1 futbolçu siyahıya əlavə edilərsə, bu zaman milli komandaya namizəd oyunçu sayı avtomatik olaraq 13-ə enir.
Buna görə də federasiya rəhbərliyi qaydaları dəyişməyi istəmir.


