Bakıda keçirilən güləş U-17 dünya çempionatı start götürüb.

Offsideplus.az xəbər verir ki, ilk gündə 5 güləşçimiz xalça üzərinə çıxıb. Onlardan üçü - Ömər Salmanov, Orxan Həbibli və İsfahan Həsənov yarımfinala yüksəlməyi bacarıblar.

Qurban Məcnunov 1/8 finalda, Emin Baxışəliyev isə təsnifat mərhələsində məğlub olub.

Qeyd edək ki, turnirin açlış mərasimi saat 17:15-də olacaq. Saat 18:00-da isə yarımfinallar başlayacaq.

Turnir avqustun 2-dək davam edəcək.