Stefen Karri LeBron Ceymsin "Qolden Steyt Uorriors"a qoşulmasını istəsə də, Ceymsin "Filadelfiya Seventi Siksers"i seçməsinə soyuqqanlı yanaşıb. 

Offsideplus.az xəbər verir ki, Karri bildirib ki, bu cür məsələlərdə heç vaxt öncədən plan qurmağa üstünlük vermir: "Ona görə də, nəsə baş verməyincə heç nə arzulamıram", – deyə o, Moses Mudinin gənclər düşərgəsində vurğulayıb.

"The Athletic"in jurnalisti Markus Tompson Karri barədə danışarkən onun artıq "Qolden Steyt Uorriors"un yeni ulduz oyunçu axtarışlarından yorulduğunu qeyd edib. Tompsonun sözlərinə görə, Karri bu cür transfer cəhdlərinə əvvəlki kimi yanaşmır. Qeyd edək ki, daha əvvəl "Qolden Steyt Uorriors" LeBron Ceyms, Yannis Antetokounmpo, Ceylen Braun və Entoni Devis kimi ulduzların transferi üçün müxtəlif variantlar nəzərdən keçirsə də, bu keçidlərdən heç biri reallaşmayıb.