Bu gün Bakıda güləş üzrə U-17 dünya çempionatı start götürəcək.
Offsideplus.az xəbər verir ki, turnirdə 60 ölkədən 663 idmançı mübarizə aparacaq.
Görüşlər Milli Gimnastika Arenasında baş tutacaq.
İlk gündə 5 azərbaycanlı güləşçi xalça üzərinə çıxacaq:
48 kq: Ömər Salmanov - Avinaş Çetake (Hindistan) (1/8 final)
55 kq: Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan) (təsnifat mərhələsi)
65 kq: Orxan Həbibli – Qaspar Sançez (Çexiya) (təsnifat mərhələsi)
80 kq: İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya) (təsnifat mərhələsi)
110 kq: Emin Baxşəliyev – Andrey Simiç (Serbiya) (təsnifat mərhələsi)
Qeyd edək ki, ilkin mərhələ görüşləri 10:30-da start götürəcək. 17:15-də yarışın açılış mərasimi, 18:00-da isə yarımfinallar başlayacaq.
Turnir avqustun 2-dək davam edəcək.


