Yeni mövsümünə hazırlaşan "Kəpəz" və "Sumqayıt" klubları yoxlama görüşündə üz-üzə gəliblər.

Offsideplus.az xəbər verir ki, Qəbələdə təşkil olunan qarşılaşmada qapılara qol vurulmayıb — 0:0.

Qeyd edək ki, "Kəpəz" daha əvvəlki yoxlama oyunlarında "Qəbələ"yə uduzub (1:2), "Şamaxı" ilə isə heç-heçə edib (0:0). "Sumqayıt" isə "Qəbələ" ilə görüşdən bərabərliklə ayrılmışdı (1:1).